Antalyada uşaqla gedilə bilinəcək 10 otel və qiymətləri


Antalyada məhşur istirahət zonası kimi otellərin sayı günü-gündən artır və nəticədə seçim daha çətin olur. Bəs Antalyada ən yaxşı otel hansıdır? Bu sualın cavabı səyahət edəcək insanın seçimlərinə görə dəyişir. Kiminsə üçün çimərlik önəmlidirsə, digərləri üçün hovuz, yemək müxtəlifliyi və ya mərkəzə yaxınlıq önəmli ola bilər. Uşaqlı ailələr üçün isə uşaqlarının əylənə biləcəyi mühitin olması otel seçimində əsas faktorlardandır.  Sizin üçün Antalyada uşaqla gedilə bilinəcək ən yaxşı 10 oteli təqdim edirik:



1. The Lands of Legends

Belek şəhər mərkəzinə 2 km, Antalya hava limanına 27 km və Antalya şəhər mərkəzinə 37 km məsafədədir. Oteldə həm uşaqlar, həm də böyüklər üçün müxtəlif əyləncələr mövcuddur.

Bölgə: Belek, Antalya

Valideynləri və 2 uşaqla birlikdə (3 və 1 yaş) qiyməti: 3800$ (03-06 İyun)

2. Voyage Hotel Sorgun

Təsis Antalya şəhər mərkəzinə 75 km, hava limanına 65 km məsafədədir. 350 m uzunluğunda qum və qum daşlarından ibarət çimərliy mövcuddur.

Bölgə:  Manavgat, Antalya

Valideynləri və 2 uşaqla birlikdə (3 və 1 yaş) qiyməti: 2300$ (03-06 İyun)

3. Güral Premier Tekirova

Tekirova mərkəzində olan təsis Kəmərə 17 km, hava limanına isə məsafədədir.
Uşaqlarınızın əyləncəsi üçün dizayn olunmuş  3600 m2-lik “Happyland”-də uşaqlarınızı professional əməkdaşlara rahatlıqla əmanət edə bilərsiniz.
 
Bölgə: Kəmər, Antalya

Valideynləri və 2 uşaqla birlikdə (3 və 1 yaş) qiyməti: 2170$ (03-06 İyun)


4. Rixos Premium Tekirova

Kompleks Kemer mərkəzinə 23 km, Antalya şəhər mərkəzinə 63km və Antalya hava limanına 73 km məsafədədir. Ağdənizin mavi künclərindən biri olan Tekirovada, şam ağacları ilə əhatə olunmuş dağların ətəyində, əsrarəngiz mənzərəli kənddə yerləşir.
Kompleksə aid 550 m uzunluğunda çimərlik mövcuddur.

Bölgə: Kəmər, Antalya

Valideynləri və 2 uşaqla birlikdə (3 və 1 yaş) qiyməti: 2650$ (03-06 İyun)


5. Haydarpasha Palace

Otel Gazipaşa hava limanına 65 km, Antalya hava limanına 25 km məsafədə yerləşir. Kompleks daixilində həm sizin, həm də övladlarınız əylənə biləcəyi müxtəlif atraksiyonlar, əyləcələr mövcuddur.

Bölgə:  Konaklı, Antalya

Valideynləri və 2 uşaqla birlikdə (3 və 1 yaş) qiyməti: 1500$ (03-06 İyun)

6. Susesi Luxury Resort

Kompleks Belekdən 1 km, hava limanından 35 km, Antalyadan isə 40 km məsafədə yerləşir.
Susesi Luxury Resort uşaqların əyləncəsi üçün xüsusi mühit qurulmuşdur.

Komleksin 300 m uzunluğundan qumdaşlarından ibarət xüsusi çimərliyi var.

Bölgə: Belek, Antalya

Valideynləri və 2 uşaqla birlikdə (3 və 1 yaş) qiyməti: 2300$ (03-06 İyun)



7. Ali Bey Resort


Kompleks sahilə 2 km, Antalyaya 75 km, Antalya hava limanına 70 km məsafədədir.

Ali Bey Resortda uşaqlarını tətil boyunca əyləncəli və enerjili anlar gözləyir. Girişdə uşaqlara çanta, boyama kitabı, oyuncaq, çevrə dərgisi kimi hədiyyələr verilməklə 6-10 yaş arası kiçik qonaqları içəridə bir çox fəaliyyət və əyləncə gözləyir. Dünyaca məşhur musiqi və rəqs qrupları hər axşam açıq havada səhnə alır.
Kompleksin 300 m uzunluğunda çimərliyi mövcuddur.

Bölgə: Side, Antalya

Valideynləri və 2 uşaqla birlikdə (3 və 1 yaş) qiyməti: 2300$ (03-06 İyun)

8. Otium Eco Club-Kids concept


Kompleks Antalyaya 80 km, Antalya hava limanına isə 70 km məsafədə yerləşir.
Uşaqlar üçün xüsusi hazırlanmış Otium “Kids’ World”-də doyunca əylənə biləcəklər. Ayrıca kompleksdə film seansları, müxtəlif masaüstü oyunlardan ibarət olan mini klublar mövcuddur.

Bölgə:  Titreyengol Mevkii, Antalya

Valideynləri və 2 uşaqla birlikdə (3 və 1 yaş) qiyməti: 1500$ (03-06 İyun)



9. Akka Hotels Antedon

Kompleks hava limanına 40 km, Antalya şəhər mərkəzinə isə 20 km məsafədə yerləşir.
Uşaqlarınızın əyləncəsi üçün müxtəlif mini klublar, atraksiyonlar, mini disko kimi müxtəlif fəaliyytələr mövcuddur.

Bölgə:  Manavgat, Antalya

Valideynləri və 2 uşaqla birlikdə (3 və 1 yaş) qiyməti: 2000$ (03-06 İyun)

10. Limak Limra Kemer


Kompleks Kəmər mərkəzinə 8 km, Antalya hava limanına 70 km, Antalya şəhər mərkəzinə isə 60 km məsəfədə yerləşir. Limak Limra Hotel Olympos dağlarının ətəyindən dəniz səviyyəsində yerləşməklə ora gələnləri heyran edir.

Kompleksin 300 m uzunluğunda çimərliyi mövcuddur.

Bölgə:  Kəmər, Antalya

Valideynləri və 2 uşaqla birlikdə (3 və 1 yaş) qiyməti: 1800$ (03-06 İyun)

 

 

Bu və digər bütün otellərə rezervasiya etmək üçün aşağıdakı ünvana yaxınlaşa və ya telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz

 

Ünvan: Xocalı prospekti 9. (Xətai metrosu yaxınlığı)
Tel: 012 490 13 87
Whatsapp: 077 555 15 30