Tur agent
www.ismytravel.com online səyahət portalı tur agent vəzifəsinə vakansiya elan edir.
İşin təsviri
- ismytravel.com online səyahət portalında yeni tur paket məhsullarının hazırlanması və yayımlanması.
- Müştərilərlə əlaqə və müştərilərə uyğun tur paketlərin hazırlanması və təklif edilməsi
- Müştərilər üçün otel, bilet və digər tur elementlərinin rezervasiya edilməsi
- Satış kanallarının yaradılması və inkişaf etdirilməsi
- Sosial Media kanallarına nəzarət
Namizədə tələblər
- Ali məktəbin turizm, iqtisadiyyat, marketinq, reklam və yaxın sahələrdə bakalavr və ya magistr təhsili
- Müvafiq sahədə 1-2 il iş təcrübəsi
- Azərbaycan, Rus, İngilis və Türk dillərində səlis yazma və danışma
- Təməl HTML biliyi
- Microsoft Office proqramlarında mükəmməl işləmə bacarığı (əlavə kompüter proqramlarında bacarıq əlavə üstünlükdür)
- 22-27 yaş aralığı
Son üç ildə ən az 3 fərqli ölkəyə səfər etmiş şəxslərə üstünlük verilir.
Əmək Haqqı
Əmək haqqı www.ismytravel.com online səyahət portalının bütün satışlarından gələn gəlirin 15-20%-i təklif edilir. Maraqlananların özləri haqqında ətraflı məlumatı və CV-ni info@ismytravel.com ünvanına göndərmələri xahiş edilir.